Xəbər lenti

Dünyanın ən yaşlı pandası öldü
Dünya18:56 14.09.2017

Dünyanın ən yaşlı pandası öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən yaşlı pandası olan Basinin öldüyü açıqlanıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bu barədə pandanın baxıcısı məlumat verib. Basi Fuçian əyalətinin paytaxtı Fuzhouda ölüb.

Çinin simvollarından birinə çevrilən Basi adını xilas edildiyi vadidən almışdı. Çin televiziyası pandanın şərəfinə heykəl qoyulacağını açıqlayıb. 

Qeyd edək ki, 1990-cı ildə keçirilən Asiya Olimpiya Oyunlarının əsas simvoluna çevrilən Basinin 37 yaşı var idi və bu 100 ildən çox insan yaşına bərabərdir.

Gülşən

Qaynarinfo.Az