Dünyanın ən zəngin adamı olan "Amazon" şirkətinin yaradıcısı Ceff Bezos 25 illik həyat yoldaşı MacKenzie Bezosdan boşanır.
Qaynarinfo xəbər verir ki, bu barədə 54 yaşlı milyarder "Twitter" hesabında məlumat paylaşıb.
Bezos bildirib ki, boşanma qərarına rəğmən, həyat yoldaşı ilə dostluq münasibətlərini qoruyub saxlayacaq.
Qeyd edək ki, məşhur cütlük 1993-cü ildə evlənib, 4 uşaqları dünyaya gəlib. "Forbes" jurnalının reytinq cədvəlinə görə, Ceff Bezos 160 milyard dollarlıq sərvətlə dünyanın ən zəngin iş adamıdır.