Xəbər lenti

Dünyanın fərqli ölkələrindən gündəlik qida rasionları
Dünya04:40 09.12.2016

Dünyanın fərqli ölkələrindən gündəlik qida rasionları

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyadakı bütün insanlar fərqlidir, onların həyat tərzi, adət-ənənələri, seçimləri də bu fərqi özündə əks etdirir.

Bu fərqi açıq-aydın sərgiləyən işlərdən birini də amerikalı fotoqraf Peter Menzel təqdim edib. Fotoqraf dünyanın bir çox ölkələrini səyahət edərək, dünyada yaşayan sadə insanların yedikləri barədə məlumatlar paylaşaraq sərgiləyir. Səyyah bütün bu məlumatları “Mən nə yeyirəm: dünya ətrafında 80 nahar” kitabında toplayıb. Kitabı vərəqlədikcə bu qədər fərqli qida adətlərinin olmasından heyrətlənməmək mümkün deyil. Bu fərqlər də məhz onların həyat tərzi, peşələri, adət-ənənələrindən asılı olaraq dəyişir. Təsəvvür edin ki, bu fərq gündəlik 800 kkal-dan 12 300 kkal-a qədərdir.

Sale Abdul Fadpilli – Misirin paytaxtı Qahirədən olan dəvə satıcısı. 40 yaşı var, boyu 172, çəkisi 74 kq-dır. Gündəlik qida rasionu 3200 kalori təşkil edir.

Robina Vayzer – Linnars, Almaniyanın Köln şəhərindən olan aşbaz-şirniyyatçı. Boyu 160 sm, çəkisi 65 kq-dır. Gündəlik qida rasionu 3700 kaloridir.

Konrad Tolbi – Amerikalı yük maşını sürücüsüdür. 54 yaşı var, boyu 187, çəkisi 117 kq-dır. Onun gündəlik qida rasionu 5400 kalori təşkil edir. Hər zaman yol kənarında yerləşən fast-food-larda yemək məcburiyyətindədir. Əslində Konrad sağlam həyat tərzi barədə düşünsə yaxşı olardı, çünki artıq iki dəfə sükan arxasında olarkən ürəyi ilə bağlı ciddi problemlərlə üzləşib.

Jil Maktay – Londonlu Cilin 31 yaşı var, boyu 165 sm, çəkisi isə 104 kq-dır. O boynuna alır ki, yemək asılılığı var. Şokoladların isə xüsusi həvəskarıdır. Onun gündəlik rasionun kaloriliyi 12 300 təşkil edir.

Baş rahib Tibet monastrında fəaliyyət göstərir. (sağda) Onun 45 yaşı var, boyu 165 sm, çəkisi 71 kq-dır. Gündəlik rasionu 4900 kaloridir.

Takeşi Mosato Yaponiyanın Naqoya şəhərindəndir, peşəkar sumo döyüşçüsüdür. 29 yaşı var, boyu 188 sm, çəkisi 181 kq-dır. Gündəlik rasion 3500 kalori təşkil edir. Bu qədər qida ona kifayət edir ki, döyüşçü əhval-ruhiyyəsini və çəkisini qoruyub saxlaya bilsin.

Katerina Navas – 18 yaşlı yuxarı sinif şagirdi. Boyu 170 sm, çəkisi isə 71 kq təşkil edir. Bu foto onun Karakasa, Venesueladakı evinin damında çəkilmişdir. Onun gündəlik rasionu 4000 kalori təşkil edir.

Mariel But – Bruklində yerləşən Nyu0York Universitetinin tələbəsi, model. Onun 23 yaşı var, boyu 176 sm, çəkisi 61 kq-dır. Gündəlik rasionu 2400 kalori təşkil edir. O az qazanmasından şikayət etsə də, öz model rəfiqələrindən daha yaxşı qidalandığını düşünür.

Sitarani Tiaagi – Hindistanda yaşayan asket-hindli (sağda) 70 yaşı var, boyu 168 sm, çəkisi 47 kq-dır. Gündəlik kalori qəbulu 1000-dir. Digər asketlər kimi o dərviş həyatı keçirir və inanclı insanların verdiyi qidalarla qidalanır.

Suyuy Cipen – Şanxaydan olan frilanser-dizayner. 23 yaşı var, boyu 187 sm, çəkisi 71 kq-dır. Gündəlik rasionu 1600 kaloridir. O demək olar ki, bütün gününü kompüter arxasında internet kafedə keçirir, burada yatır və həftədə bir dəfə dostunun evində yuyunur.

Nulkisaruni Tarakuay – Keniyadan olan evdar qadın. Həyat yoldaşının 4 arvadından 3-cüsüdür. 38 yaşı var, boyu 165 sm, çəkisi 47 kq-dır. Onun gündəlik rasionu ən azdır – cəmi 800 kalori.

Lan Quixua – Çin, Siçuandan olan fermerin dul xanımı. Onun 68 yaşı var, boyu 160 sm, çəkisi 54 kq-dır. Gündəlik kalori qəbulu 1900 təşkil edir.

Osvaldo Quterrez – Venesuelalı neft işçisi. 52 yaşı var, boyu 170 sm, çəkisi 99 kq-dır. Gündəlik rasionu 6000 kalori təşkil edir.

Brus Hopkins – Sidneydə, Bondi çimərliyində xilasedici. 35 yaşı var, boyu 183 sm, çəkisi 81 kq-dır. Onun yeməklərinin kaloriliyi 3700 təşkil edir. O az yeməyə, fast food-dan uzaq durmağa və az içməyə çalışır.

Villi İshutulak – Kanada, İkaluitadan olan eskimos və peşəkar daşyonan usta. 29 yaşı var, boyu 175 sm, çəkisi 64 kq-dır. Gündəlik rasionu 4700 kalori təşkil edir.

Oskar Xiqares – peşəkar ispan matador. 34 yaşı var, boyu 188 sm, çəkisi 79 kq-dır. Gündəlik rasionu 4200 kalori təşkil edir.(pahoo.az)

Qaynarinfo.Az