Xəbər lenti

Dünyanın ikinci ən böyük ordusu müharibəyə hazırlaşır
Dünya07:02 04.03.2017

Dünyanın ikinci ən böyük ordusu müharibəyə hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-la münasibətləri kəskinləşməkdə olan Çin hərbi xərclərini artırır.
"Qaynar" cebhe.info-ya istinadən xəbər verir ki, ABŞ-dan sonra miqyasına görə dünyada ikinci hərbi büdcəyə malik olan Çində hərbi xərclər 7 faiz artacaq. 
Çin Xalq Nümayəndələri Məclisinin rəhbəri Fu İn bildirib ki, hərbi büdcə iqtisadi inkişaf  və tələblər nəzərə alınr müəyyən edilir. 
2016-cı ildə ölkənin hərbi xərcləri 7,6 faiz artaraq 146 milyard dollar olub. Bu, son illərdəki ən az artım kimi qeyd edilir. Belə ki, 2015-ci ildə hərbi xərclər 10,1 faiz artıb. 2014 -cü ildə hərbi büdcə 135 milyard dollar olub.
Qaynar.Az