Dünyada Bitcoin, Litecoin və Dogecoin kimi müxtəlif virtual pullar mövcuddur. Bunlardan heç biri hər hansı bir dövlət tərəfindən rəsmi olaraq qəbul edilmir. Ekvador indi öz rəqəmsal maliyyə vəsaitini bazara çıxarmağa hazırlaşır. Pul vahidinin texniki detalları və adı haqqında hələ ki heç bir rəsmi məlumatlandırma edilməyib. Lakin 2014-cü ilin dekabrında istifadə üçün təqdim olunacaq pul vahidinin ilkin olaraq cib telefonu fakturalarının ödəmələrini həyata keçirmək mümkün olacaq.
Ekvadorda, 2000-ci ildə baş vermiş bank böhranından sonra, ABŞ dollarını rəsmi pul kimi istifadə etməyə başlamışdı. Mütəxəssislər virtual pulun detalları barədə hələ açıqlamalar verməsələr də inflyasiyanın qarşısını ala biləcəyini söyləyirlər. Bunun ABŞ dollarından imtina etmək üçün ilk addım atılacağını da dəstəkləyirlər.
Qaynar.info