Xəbər lenti

Dünya 21:35 09.04.2024

Dünyanın yaşamaq üçün ən bahalı şəhərləri açıqlandı (SİYAHI)

Dünyanın yaşamaq üçün ən bahalı şəhərinin adını açıqlanıb.

Qaynarinfo "World of Buzz"a istinadən xəbər verir ki, reytinq tərtib edilərkən ekspertlər qiymət artımını və bir çox digər amilləri nəzərə alıblar.

"The Economist Intelligence Unit" (EIU) tərəfindən aparılan araşdırmaya görə, Sinqapur yaşamaq üçün ən bahalı şəhərlərin reytinqində birinci yeri tutub. 

Sonrakı yerlərdə Sürix, Cenevrə, Nyu-York, Honq-Konq, Los-Anceles, Paris, Kopenhagen, Tel-Əviv və San-Fransisko qərarlaşıb.

Yaşayış Qiyməti Sorğusu EIU tərəfindən ildə iki dəfə keçirilir. Şirkətin mütəxəssisləri 173 şəhərdə 200 məhsul və xidmət üzrə 400-dən çox qiyməti müqayisə edirlər. Onlar 30 ildir ki, oxşar reytinqi hazırlayır.

Maraqlıdır ki, Sinqapur bu reytinqdə birinci yerlərin sayına görə rekorda sahibdir. Son 11 il ərzində bu şəhər 9 dəfə yaşamaq üçün ən bahalı şəhər kimi tanınıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?