Xəbər lenti

Duşan Tadiç
İdman 12:07 23.06.2025

Duşan Tadiç "Qarabağ"a gəlir? - Rəsmi açıqlama

"Qarabağ" Serbiya millisinin sabiq futbolçusu Duşan Tadiçlə maraqlanmalarına dair mətbuatda yayılmış xəbərlərə münasibət bildirib.

Bu barədə "Report”a Ağdam klubunun mətbuat katibi Anar Hacıyev açıqlama verib.

O, bu xəbəri təkzib edib:

"Bu, düzgün məlumat deyil. Həqiqəti əks etdirmir".

Qeyd edək ki, Türkiyənin "haberler.com" saytı Niderland mətbuatına istinadən "Qarabağ"ın Duşan Tadiçlə maraqlandığını yazıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->