"ABŞ kəşfiyatı Rusiya ərazisində xüsusi əməliyyat keçirməklə Putinin öldürülməsini fikirləşir”.
Bu sözləri Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ukrayna hadisələri fonunda dünyanı nüvə silahı ilə hədələyən Rusiyanın bunu etməyə real gücünün olub-olmadığı barədə danışarkən deyib.
Ekspertin sözlərinə görə, Rusiyadakı nüvə başlıqları özü daxil bütün dünyanı məhv etməyə kifayətdir:
"Moskva nüvə silahı ilə Avropanı, bütün dünyanı, o cümlədən Rusiyanın özünü məhv etmək gücündədir. Onda olan nüvə başlıqları bütün dünyanı məhv etməyə kifayətdir. Ümumiyyətlə, nüvə müharibəsi yer üzərində həyata son qoyacaq. Nə Amerika, nə Rusiya, nə Çin, nə də digərləri olmayacaq. Bu sübuta yetirilmiş bir həqiqətdir. Rusiyanın bunu etməyə gücü çatır”.
Politoloq Putini ağılsız, dəli adlandırdı:
"Ukrana münaribəsi göstərdi ki, Putinin ağlı yoxdur, dəlidir. Putin nəyi elan etdisə, hamısının əksi baş verdi. Ukraynada denisifikasiya edəcəyini deyirdi, müharibənin başlaması ilə dünya nasistlərin elə Rusiyada olduğunu gördü. Moskva deyirdi ki, NATO 1992-ci il sərhədinə çəkilməlidir, amma artıq İsveçlə Finlandiya yaxın günlərdə quruma üzv olacaq. Elan etdilər ki, Ukraynada demilitarizasiya etmək lazımdır, lakin Kiyev NATO silahını almaqla Avropanın ən qüdrətli ordusuna çevrilməkdədir. Bir sözlə, Putinin hikkəsi Rusiyanı məhv etdi. Bu adam xəstədir. Başdan xarab adam isə istənilən an nüvə müharibəsinə başlaya bilər. Ona görə də artıq ABŞ kəşfiyatı Rusiya ərazisində hansısa əməliyyat keçirməklə Putinin öldürülməsini fikirləşir. Çünki o, bəşəriyyət üçün təhlükəlidir”.
Rüfət Sultan