Xəbər lenti

Düterte: İkimizi də qatil adlandırırlar: ancaq mən cinayətkarları öldürürəm, Putin isə...
Dünya 16:03 24.05.2022

Düterte: İkimizi də qatil adlandırırlar: ancaq mən cinayətkarları öldürürəm, Putin isə...

Filippin prezidenti Rodriqo Düterte Ukraynada günahsız mülki insanların öldürülməsinə görə Putini tənqid edib.
 
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, Düterte bunu nazirlər kabinetinin iclasındakı çıxışında deyib

Düterte indiyə kimi Putini açıq şəkildə kumir və dost adlandırıb. Ancaq çərşənbə axşamı yayımlanan açıqlamalarında o ilk dəfə olaraq Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı iradını bildirib və Filippin də daxil olmaqla bir çox ölkəni sarsıdan qlobal neft qiymətlərindəki artımda üç aydır davam edən müharibəni təqsirkar bilib. 

Düterte Rusiya prezidentini qınamadığını bildirib, bununla belə, Putinin işğalı "xüsusi hərbi əməliyyat” adlandırması ilə razılaşmayıb və bunun həqiqətən "suveren xalqa” qarşı aparılan genişmiqyaslı müharibə olduğunu deyib.

Rusiyanın Maniladakı səfirliyinə və Putinə "dost kimi” müraciət edən Düterte onları yaşayış məntəqələrini bombalamağa və artilleriya atəşinə tutmağı dayandırmağa və bombardmana başlamazdan əvvəl günahsız mülki şəxslərin təhlükəsiz şəkildə təxliyyə edilməsinə icazə verməyə çağırıb.

"Hər şeyə siz nəzarət edirsiniz. Hər halda, siz həqiqətən orada çaxnaşma yaratdınız, buna görə də əsgərlərinizə ciddi nəzarət edin”, - deyə Düterte bildirib.

"Çoxları deyir ki, Putin də, mən də qatilik. Mən filippinlilərə çoxdan deyirəm ki, həqiqətən öldürürəm. Ancaq mən cinayətkarları öldürürəm, uşaqları və qocaları öldürmürəm. Biz iki fərqli dünyadayıq”, - deyə Düterte Nazirlər Kabinetinin əsas rəsmiləri ilə həftəlik televiziya görüşündə bildirib. 

Düterte iyunun 30-da keşməkeşli altı illik səlahiyyət müddəti başa çatdıqdan sonra istefa verəcək. O 6000-dən çox insanın ölümünə səbəb olan amansız anti-narkotik mübarizəsinə rəhbərlik edib. İnsan haqları qrupları Dütertenin kampaniyasında günahsız insanların, o cümlədən uşaqların öldürüldüyünü bildirib. 

Qeyd edək ki, Dütertenin narkotik kampaniyası zamanı misli görünməmiş kütləvi qətllər Beynəlxalq Cinayət Məhkəməsinin insanlığa qarşı mümkün cinayət kimi araşdırmasına səbəb olub.

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->