Xəbər lenti

Duterte xalqı təhdid etdi: "Ordu nəzarəti ələ keçirə bilər, siz seçin!"
Dünya12:52 17.04.2020

Duterte xalqı təhdid etdi: "Ordu nəzarəti ələ keçirə bilər, siz seçin!"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Filippin prezidenti Rodriqo Duterte sosial məsafənin qorunması barədə xalqa xəbərdarlıq edib.
Qaynarinfo xəbər verir ki, o, idarəçiliyi ordu və polisin ala biləcəyini açıqlayıb. Fövqəladə vəziyyət elan edə biləcəyinə işarə edən ölkə rəhbəri xalqdan göstərişlərə riayət etmələrini tələb edib.
"Polis və ordu sosial məsafəni və küçəyə çıxma qadağasını tətbiq edəcək. Fövqəladə vəziyyət kimi olacaq. Siz seçin", - deyə o bildirib.
Qeyd edək ki, Filippin prezidenti bundan öncə də karantin qaydalarına riayət etməyən və səhiyyə işçilərinə hücum edən şəxslərin güllələnməsi barədə verdiyi əmrlə gündəmə gəlmişdi.
Camal