
Rusiya Dövlət Dumasının plenar iclasında qüvvədə olan Cinayət Məcəlləsinin bəzi bəndlərinə əlavə və dəyişikliklər edilib.
Aktual.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, bundan sonra ölkə ərazisi sərhədlərini şübhə altına alan şəxslərin ictimai çağırışlarına qarşı ciddi cəza təbirləri tətbiq olunacaq.
Ekspertlər bu əlavələrin, əsasən, Krımla bağlı olduğunu bildiriblər. Məsələn, artıq yeni düzəlişdən sonra separatçılığa görə həbs müddəti 3 ildən 4- ilə qaldırılıb. Krımın qaytarılması, bu bölgənin Rusiyaya aid olmadığı barədə telekanallardan, sosial şəbəkələrdən və qəzetlərdən çağırış edənləri isə 5 il həbs cəzası gözləyir.
Dövlət Dumasının üzvləri qərarlarını Rusiyanın ərazi bütövlüyünün qorunması baxımından etdiklərini dilə gətiriblər.
Deputat Vladimir Jirinovski bildirib ki, aidiyyəti qurumlar qanunun yeni formasından sui-istifadə etməməli, separatçılıq meyillərini dəqiq müəyyənləşdirməlidirlər. Xatırladaq ki, hələ mart ayında Krımın Rusiyaya aid olmadığını bildirən bəzi krım tatarları, o cümlədən Mustafa Krımoğlu (Cəmilev) sözügedən presidentin qurbanı olmuşdu. Hazırda onun Krıma girişı qanunla yasaqlanıb.
Qaynar.info