Xəbər lenti

“DXR”-də artıq “xalq milisi” qalmayıb – hamısı Mariupolda məhv edilib
Dünya11:47 23.04.2022

“DXR”-də artıq “xalq milisi” qalmayıb – hamısı Mariupolda məhv edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"DXR” adlanan yerdə daha "xalq milisi” qalmayıb. Onların hamısı müxtəlif istiqamətlərdə Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşlərdə ölüblər. O "milis”lərin çoxunu isə Ukrayna Silahlı Qüvvələri Mariupol yaxınlığında məhv edib. İndi "DXR”də ictimai asayiş və səfərbərliklə bağlı problemlər yaranıb və psevdorespublikanın qeyri-qanuni orqanları şəxsi heyət arasında itki faktı ilə bağlı araşdırmalara başlayıb.
Qaynarinfo xəbər verir ki, müvafiq məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rəsmi Telegram kanalında paylaşıb.
"Mariupol istiqamətində döyüşlərə işğalçılar "DXR Daxili İşlər Nazirliyinin" bütün şəxsi heyəti, o cümlədən "DXR daxili qoşunları"nın hərbçiləri və "Donetsk Akademiyasının kursantları"nı cəlb edib”, - məlumatda deyilir.
Mariupol istiqamətində 26-sı kursant olmaqla, 1000-ə yaxın "xalq milisi” məhv edilib. Daha 2800 nəfər sanitar heyətindən ölüb. Digər istiqamətlərdə isə müvafiq olaraq 500 və 2100 nəfər itki verilib. "DXR”-də "hüquq-mühafizə orqanlarının əməkdaşları” qalmadığı üçün artıq ictimai asayişlə bağlı problemlər başlayıb. Və növbəti məcburi səfərbərliyi həyata keçirmək çətinləşib.
 "DXR-in daxili işlər naziri” "Daxili İşlər Nazirliyinin Donetsk Akademiyası” rəhbərinə və "MVD” aparat rəhbərlərinə qarşı şəxsi heyətin itkisi faktı ilə bağlı xüsusi daxili araşdırma təyin etmək qərarına gəlib. 
Xatırladaq ki, Rusiya komandanlığı Donetsk-Luqansk ərazisinə 26 min ehtiyatda olan əsgəri səfərbər etməyi nəzərdə tuturdu. Lakin 18-65 yaş arası kişilər hər cür yollarla çağırışdan yayındıqları üçün plan pozulub. Hətta İnternetdə səfərbərliyə məruz qalanların "LXR” və "DXR”-də necə tutulduğunu göstərən videolar yayılıb.
Alpər