Xəbər lenti

“Eagles” qrupunun mahnı sözlərini oğurlayan üç nəfərə iş açıldı
Sənət07:53 14.07.2022

“Eagles” qrupunun mahnı sözlərini oğurlayan üç nəfərə iş açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Eagles” qrupunun 1976-cı ildə çıxan "Hotel California" albomunun əlyazma notlarını və sözlərini oğurlayan üç nəfərə qarşı cinayət işi açılıb.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir. 
Manhettendə müğənni Don Henlidən 1976-cı ildə çıxan "Hotel California" albomunun 100 səhifəlik əlyazma notlarını və sözlərini oğurlayan üç nəfərə qarşı cinayət işi açılıb.
60 yaşlarında olan 3 nəfər 1 milyon dollardan çox dəyəri olan materialları satmağa cəhd etməkdə və onları necə əldə etmələri ilə bağlı hərrac evlərinə, potensial alıcılara və hüquq-mühafizə orqanlarına yalan söyləməkdə günahlandırılıblar.
Manhetten prokuroru Alvin Braq bildirib ki, materiallara "Hotel California", "Life in the Fast Lane" və "New Kid In Town" mahnılarının sözləri daxildir və sözlərin çoxu orderlər vasitəsilə bərpa olunub.
Oğurluqda ittiham olunan 3 şəxs isə özünü günahkar bilmir. 
Birgə bəyanatda onların vəkilləri bildiriblər ki, Braqqın ofisi "heç bir cinayətin olmadığı yerdə onun törədildiyini iddia edir və sayılıb-seçilən peşəkarların reputasiyasını ədalətsiz şəkildə ləkələyir. Biz bu əsassız ittihamlarla qətiyyətlə mübarizə aparacağıq. Bu adamlar günahsızdır".
Prokurorlar bildiriblər ki, Eagles-ın bioqrafı olmalı olan adam materialları 1970-ci illərin sonlarında oğurlayıb və 2005-ci ildə nadir kitabların satışı ilə məşğul olan Horovitz-ə satıb. Horovitz isə materialları İnkiardi və Kosinskiyə satıb.
"Hotel California" mahnısı abstrakt sözləri ilə tanınır və 1977-ci ildə İlin Rekorduna görə "Grammy Mükafatı”nı qazanıb.
Nurlan