Xəbər lenti

"Ebola"nı kəşf edən alim yeni təhlükə barədə xəbərdarlıq etdi
Dünya16:45 03.01.2021

"Ebola"nı kəşf edən alim yeni təhlükə barədə xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
1976-cı ildə "Ebola" virusunu aşkar edən konqolu professor mikrobioloq Jan-Jak Muembe-Tamfum yeni ölümcül xəstəliyin ortaya çıxması barədə xəbərdarlıq edib.
Qaynarinfo xəbər verir ki, alimin fikrincə, yeni təhlükə meşələrin kəsilməsindən qaynaqlanır və müxtəlif xəstəliklərin patogenlərinin artmasına səbəb olur.
İngende şəhərindəki tibb mərkəzlərində xəstələrdən birində hemoragik qızdırma əlamətləri qeydə alınıb. Xəstənin analizlərində "Ebola" patogenləri və ya digər xəstəliklərin izləri aşkar edilməyib.
Mikrobioloq qadının "X xəstəliyi" adlandırdığı yeni xəstəliyin ilk daşıyıcısı ola biləcəyini ehtimal edib.
Afrikalı bildirib ki, yeni xəstəlik "COVID-19" qədər yoluxucu və ondan qaynaqlanan ölüm dərəcəsi yoluxmuşların demək olar ki yarısının öldüyü "Ebola" virusundan olan göstəriciyə yaxın ola bilər.