Xəbər lenti

ECB rəhbəri inflyasiyanın hədəf səviyyəyə qədər azalacağını proqnozlaşdırır
Dünya10:51 08.03.2024

ECB rəhbəri inflyasiyanın hədəf səviyyəyə qədər azalacağını proqnozlaşdırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Mərkəzi Bankı (ECB) mart ayı iclasında hər üç göstərici üzrə faiz dərəcəsini dəyişməyərək, sərt pul siyasətinə sadiqliyinə işarə edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Kreditlər üzrə faiz dərəcəsi illik 4,5%, depozitlər üzrə 4%, marjalı kreditlər üzrə 4,75% səviyyəsində saxlanılıb. ECB-nin yenilənmiş proqnozuna əsasən, tənzimləyici avrozonada inflyasiya proseslərinin tədricən yavaşlamasını gözləyir. İnflyasiyanın 2024-cü ildə 2,3%, 2025-ci ildə 2%, 2026-cı ildə isə 1,9% olacağı proqnozlaşdırılır. Dəyişkən qida və enerji komponentləri istisna olmaqla, əsas inflyasiyanın ECB tərəfindən 2024-cü ildə 2,6%-ə, 2025-ci ildə 2,1%-ə və 2026-cı ildə 2%-ə qədər yavaşlayacağı təxmin edilir.
"Biz inflyasiyanın indiki yavaşlama tempindən razıyıq, lakin maaşların artması səbəbindən daxili qiymət təzyiqi riskləri qalmaqdadır. Lakin faiz dərəcələrinin yüksək səviyyəsi bizə bu amili kompensasiya etməyə imkan verir", deyə ECB rəhbəri Kristin Laqard bildirib.
ECB Avropanın ixrac rəqabət qabiliyyətinin zəifləməsi fonunda regionda mülayim iqtisadi artım gözləyir. ÜDM artımının 2024-cü ildə 0,6%, 2025-ci ildə 1,5%, 2026-cı ildə 1,6% olacağı proqnozlaşdırılır. 
Tənzimləyici ekspertlər bunu xarici tələbin, xüsusən də Çində, eləcə də dünya bazarında Avropa mallarının rəqabət qabiliyyətinin azalması ilə əlaqələndirirlər.
Aydın