
Dünən çeçen mücahidlərinin rus əsgərlərinə etdiyi hücumun kadrları yayılıb.
Qaynar.info “Axar.az”-a istinadən xəbər verir ki, bu barədə video çeçen mücahidlərinə yaxın saytlarda yerləşdirilib.
Süjetdə iki PDM-in bomba ilə partladıldıqdan sonra yerdə qalan qalıqları əks olunub. Bundan başqa ölmüş əsgərlərin meyitləri də görüntülərdə yer alıb.
Qeyd edək ki, dünən Yandi kəndi yaxınlığında baş verən partlayış nəticəsində 4 rus əsgəri həlak olmuş, 11-i yaralanmışdı.
Videonu təqdim edirik: