Xəbər lenti

Əfqanıstanda 6 "Taliban" döyüşçüsü öldürülüb
Dünya18:50 12.05.2016

Əfqanıstanda 6 "Taliban" döyüşçüsü öldürülüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əfqanıstanın şimalında təhlükəsizlik qüvvələri ilə "Taliban" döyüşçüləri arasında baş vermiş silahlı toqquşmada 6 "talibançı" öldürülüb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, toqquşma "talibançı"ların polis bölməsinə hücumundan sonra yaranıb.

Döyüş zamanı 10 "talibançı" və təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı yaralanıb. Yaralananlardan birinin Özbəkistan vətəndaşı olduğu bildirilir.

"Taliban" isə döyüş nəticəsində bir polis əməkdaşının öldürüldüyünü, 3 silahlının yaralandığını açıqlayıb.  

Qaynarinfo.az