Əfqanıstanın cənub əyalətlərində son üç gündə baş verən daşqınlar bu ölkənin 18 vətəndaşının həyatına son qoyub.
Qaynarinfo bu barədə "Anadolu”ya istinadən xəbər
verir.
Taliban hökumətinin Təbii Fəlakətlər Nazirliyinin sözçüsü Məhəmməd Nəsim Həqqani Anadolu xəbər agentliyi ilə söhbətində Əfqanıstanın cənubundakı Zabul və Qəndəhar əyalətlərində son üç gündə baş verən daşqınlar nəticəsində ən azı 18 nəfərin öldüyünü açıqlayıb.
Onun sözlərinə görə, bu 18 nəfərdən 10-u Taliban üzvü olub.
Son üç gündə baş verən daşqınlarda 20-dən çox adamın xəsarət aldığını da bildirən Həqqani sözügedən vilayətlərdə 3 min evin zərər gördüyünü açıqlayıb.
Taliban hökumətinin Təbii Fəlakətlər Nazirliyinin sözçüsünə görə, son bir ayda ölkənin müxtəlif bölgələrində baş verən daşqınlar nəticəsində 120 nəfər ölüb, 152 nəfər yaralanıb.
M.Arif