Xəbər lenti

Əfqanıstanda daşqınlar nəticəsində 20-dən çox insan həyatını itirib
Dünya19:12 18.05.2016

Əfqanıstanda daşqınlar nəticəsində 20-dən çox insan həyatını itirib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əfqanıstanın şimalında yerləşən əyalətlərdən birində ən azı 24 nəfər leysan yağışları nəticəsində yaranan daşqınların qurbanı olub.
Bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Sinxua" agentliyi məlumat yayıb.
"Səhər saatlarında Koxistanat qəzasında baş verən təbii fəlakət nəticəsində ümumilikdə daha 10 nəfər zərər çəkib, təqribən 40 nəfər itkin düşüb", — deyə agentlik administrasiya nümayəndəsi Zahir Vahdatın sözlərini sitat gətirib.
O, həmçinin qeyd edib ki, ölənlərin sayı arta bilər. (report)
Qaynarinfo.az