Xəbər lenti

Əfqanıstanda İŞİD-in “xəzinədar”ı öldürülüb
Dünya20:10 30.04.2016

Əfqanıstanda İŞİD-in “xəzinədar”ı öldürülüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əfqanıstanın Nanqarxar əyalətində İŞİD terror qruplaşmasının maliyyə və silah təchizatı məsələlərinə nəzarət edən şəxs məhv edilib. 
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə  Əfqanıstanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, Rafi əd-Din adlı terrorçu Açin rayonu ərazisində Əfqanıstan Hərbi-Hava Qüvvələrinin zərbəsi nəticəsində məhv edilib.  Onunla birlikdə daha 10 terrorçunun öldürüldüyü bildirilir. 
Qaynarinfo.az