Əfqanıstanın Qəndahar əyalətində Taliban terrorçuları növbəti teraktı törədiblər.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, polis konvoyuna edilən hücum nəticəsində 5 nəfər ölüb, 9 nəfər isə yaralanıb.
Qeyd edək ki, hücumdan sonra başlayan qarşıdurmada 15 terrorçu zərərsizləşdirilib, 11-i isə yaralanıb.
Taliban isə açıqlamasında çox sayda əsgərin öldürüldüyünü deyib.
Gülşən