Türkiyənin baş naziri Əhməd Davudoğlu Etyen Mahçupyana yeni vəzifə verib. Qaynar.info xəbər verir ki, erməni yazar nazirin baş məsləhətçisi təyin olunub.
Etyen Mahçupyan kürd probleminin həllinə cəlb olunan Aqil İnsanlar Heyətində yer alır. O, bundan sonra baş nazirin bu məsələ ilə bağlı baş məsləhətçisi olacaq. Erməni yazar Əhməd Davudoğluna "sivilləşmə", "demokratikləşmə", "dövlət və cəmiyyət münasibətləri" və "etnik azlıqlar" məsələlərində dəstək olacaq.
Qeyd edək ki, Etyen Mahçupyan indiyədək "Radikal" və "Agos" qəzetlərində çalışıb.
Qaynar.info