Xəbər lenti

Ekspertlər Ukraynada müharibənin illərlə uzanacağını proqnozlaşdırdılar
Dünya07:38 15.02.2023

Ekspertlər Ukraynada müharibənin illərlə uzanacağını proqnozlaşdırdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yüksək səviyyəli hərbçilərin, analitiklərin və ekspertlərin fikrincə, Ukraynadakı müharibə 2023-cü ildə bitməyəcək və uzun illər davam edə bilər.
Qaynarinfo xəbər verir ki, onların qiymətləndirmələrini işğalın ildönümü ərəfəsində münaqişənin həlli perspektivlərini proqnozlaşdırmağa çalışan "Defence News”  və "Foreign Affairs” nəşrləri verir.
Peter Roberts, Kral birləşmiş müdafiə tədqiqat institutu (RUSI): "Aktiv döyüşlər bu ilin sonunda bitə bilər, lakin gürcü və ya koreyalılardan nümunə götürərək münaqişə soyuq fazaya keçə bilər”.
Maykl Kofman, Hərbi-dəniz təhlili mərkəzi (CNA): "Münaqişə bir neçə ildən sonra bitəcək”. 
CNA-nın digər əməkdaşı Dmitri Gorenburq, öz növbəsində, Koreya yarımadasındakı münaqişəyə bənzətməklə, hətta nizamlanma olmadan atəşkəsə nail olmaq üçün bir neçə il lazım olacağını ehtimal edir.
Dmitri Alperoviç, Silverado Policy Accelerator analitik mərkəzinin həmtəsisçisi: "Müharibə daha bir neçə il davam edə bilər”.
Emili Harding, Strateji və beynəlxalq araşdırmalar mərkəzi (CSIS): "Müharibə "xeyli" davam edəcək”.
İohann Mihel, Beynəlxalq strateji araşdırmalar institutu: "Müharibə "aylarla” davam edəcək”.
Andrey Kolesnikov, Karnegi fondu: "Müharibənin tez bir zamanda dayandırılması variantından söhbət gedə bilməz, çünki Zaporojye və Xerson vilayətlərində ərazilərin işğalı münaqişədən istənilən diplomatik çıxış imkanını məhv edib”.
Maria Lipman, politoloq və jurnalist: "Döyüşlər artıq bir növ dalana dirənib və çətin ki, 2023-cü ildə bitsin”.
Luçio Caraççiolo, İtaliyanın geosiyasət nəşri "Limes”in redaktoru: "Bu müharibə, atəşkəs görə uzun fasilələrlə qeyri-müəyyən müddətə davam edəcək”. Karaççiolo müharibənin yalnız dövlətlərdən birinin dağılması ilə bitəcəyini vurğulayıb.
Mark Milli, ABŞ-ın Birləşmiş qərargah rəisləri komitəsinin rəhbəri: "Bu il Rusiya qoşunlarını Rusiya tərəfindən işğal olunmuş Ukraynanın hər qarışından güc yolu ilə çıxarılması çox-çox çətin olacaq”. Milli bunun qeyri-mümkün olduğunu düşünmədiyini əlavə edib.
Ukrayna bütün lazımi silahları alacağı təqdirdə müharibənin hələ bu il bitəcəyinə inanan ən tanınmış ekspertlərdən biri ABŞ ordusunun Avropadakı keçmiş komandanı Ben Hocesdir. Fevralın 9-da o, "Deutsche Welle"yə müsahibəsində bu proqnozunu təkrarlayıb.
Nizami Bağırov