Xəbər lenti

Ekvador zəlzələsində ölənlərin sayı 577 nəfərə çatdı
Dünya20:47 21.04.2016

Ekvador zəlzələsində ölənlərin sayı 577 nəfərə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 577 nəfərə çatıb. 
Bu barədə Ekvador Prokurorluğunun məlumatında bildirilir.   
Məlumata görə, 174 nəfər Manta şəhərində ölüb, 172 nəfər – Pedernales şəhərində, daha 116 nəfər isə Portovyexo əyalətində ölüb.  
Zəlzələ qurbanları arasında 20 əcnəbinin də olduğu bildirilib. Son məlumata görə, onların arasında Kolumbiya, Kuba, Dominikan Respublikası, Böyük Britaniya, İrlandiya, Kanada, İtaliya və Almaniya vətəndaşları var.    
Qeyd edək ki, 7,8 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla 23.58-də (Bakı vaxtı ilə 03.58-də) Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə qeydə alınıb.  (apa)
Qaynarinfo.az