Xəbər lenti

Ekvadorda zəlzələ nəticəsində 28 nəfər ölüb - FOTO/VİDEO (YENİLƏNİB)
Dünya07:15 17.04.2016

Ekvadorda zəlzələ nəticəsində 28 nəfər ölüb - FOTO/VİDEO (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekvadorda güclü zəlzələ nəticəsində 28 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin vitse-prezidenti Xorxe Qlas bildirib.    

Onun sözlərinə görə, 16 nəfər Portovyexo şəhərində ölüb, 10 nəfər – Manta şəhərində, daha iki nəfər isə Quayas əyalətində ölüb.   

Qeyd edək ki, 7,8 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla 23.58-də (Bakı vaxtı ilə 03.58-də) Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə qeydə alınıb.

*  *  *

Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb, ən azı 588 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə Ekvadorun Prezident Administrasiyasının "twitter" səhifəsində məlumat verilib. "Hazırda ölənlərin sayı 77 nəfərə çatıb, 588 nəfər yaralanıb", deyə məlumatda bildirilir.

Qaynar.info