Xəbər lenti

Ekvadorda zəlzələ qurbanlarının sayı durmadan artır 480 nəfər...
Dünya18:29 19.04.2016

Ekvadorda zəlzələ qurbanlarının sayı durmadan artır 480 nəfər...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 480 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin daxili işlər nazirinin müavini Dieqo Fuentes məlumat verib.
Bunadək 424 nəfərin həyatını itirdiyi bildirilmişdi. Fuentesin sözlərinə görə, 2,5 mindən çox insan yaralanıb.
Ekvadorda 7,8 bal gücündə zəlzələ aprelin 16-də baş verib.
Qaynarifo.az