Xəbər lenti

Əl-Hol düşərgəsindən 24 min İŞİD məhbusu qaçıb
Dünya 16:26 19.02.2026

Əl-Hol düşərgəsindən 24 min İŞİD məhbusu qaçıb

Bölgə Suriya hökumətinin nəzarəti altına keçdikdən sonra ölkənin şimal-şərqindəki İŞİD tərəfdarları üçün nəzərdə tutulmuş Əl-Hol düşərgəsindən 20.000-dən çox məhbus qaçıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti yazıb.

"Son bir ay ərzində yaxınlıqdakı ərazilərə nəzarət edən kürd qüvvələri Suriya hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən qovulduqdan sonra, 24.000 məhbusun demək olar ki, hamısı səssizcə yoxa çıxıb", deyə nəşr qeyd edib.

Jurnalistlərin məlumatına görə, minlərlə məhbus hasardakı boşluqlardan qaçaraq artıq ölkə daxilində səpələnib, onlardan bəziləri qanunsuz olaraq İraq və Türkiyəyə çatmağı bacarıb. FT-nin məlumatına görə, düşərgədə yalnız 2000-ə yaxın məhbus - İraq və Suriya vətəndaşı - qalıb.

2024-cü ildə Suriyadakı rəsmi hökumət əl dəyişdirib. Dekabrın 8-də ABŞ və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun komandanlığı Bəşər Əsədin hakimiyyətinin sona çatdığını elan edib. Siyasətçi hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib.

Aydın

--> -->