Xəbər lenti

ƏLİ HƏSƏNOVDAN ÖNƏMLİ MESAJLAR
Siyasət08:00 12.03.2013

ƏLİ HƏSƏNOVDAN ÖNƏMLİ MESAJLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Prezident Administrasiyası: "Razılaşdırılmamış aksiyaların qarşısı bundan sonra da alınacaq"

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov son vaxtlar Bakıda razılaşdırılmamış aksiyaların keçirilməsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, Ə. Həsənov razılaşdırılmamış aksiyaların qarşısının bundan sonra da alınacağını deyib: “Düşünmürəm ki, bu, münasibət bildirmək üçün ciddi məsələdir. Azərbaycan Respublikasında sərbəst toplaşmaq, insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı qanunvericilik var. Qanunvericilik çərçivəsində həyata keçirilən bütün tədbirlərə razılıq verilir. Yerlər müəyyən olunub, qeyri-qanuni, razılaşdırılmamış aksiyaların qarşısı isə alınır, bundan sonra da alınacaq”.


“Bu il ərzində yenidən müxalifətlə dialoq aparılacaq”

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri siyasi dialoq məsələsinə də toxunub.

Onun sözlərinə görə, il ərzində həm qeyri-hökumət təşkilatları, həm mətbuat orqanları, həm də siyasi partiyalarla dialoq həyata keçiriləcək: “Xüsusilə seçki ərəfəsində seçki fəaliyyətinin həyata keçirilməsi, siyasi partiyaların namizədlər irəli sürməsi, namizədlərini təbliğ etməsi və seçkilərə qatılması ərəfəsində biz onlarla təmasları intensivləşdirəcəyik”.

Qaynar.info