Xəbər lenti

Əlikram Hümbətov Ermənistana getdi
Dünya07:16 24.09.2013

Əlikram Hümbətov Ermənistana getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

1993-cü ildə Azərbaycanın cənub zonasında “Talış-Muğan Respublikası” elan edən, bir müddət həbsdə qaldıqdan sonra vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiya olunan Əlikram Hümbətov Ermənistana səfər edib.

APA-nın “Armenia today” saytına istinadən verdiyi məlumata görə, Ə. Hümbətovun səfərində məqsəd İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasında “talışşünaslıq” proqramının açılış mərasimində iştirak etməkdir.

Ə. Hümbətovun Ermənistanın elmi və ictimai-siyasi dairələri ilə görüşlər keçirəcəyi, daha sonra Dağlıq Qarabağa gedərək “Arsax Universiteti”ndə mühazirə oxuyacağı bildirilir.

Qaynar.info