Xəbər lenti

Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı
İdman05:50 26.11.2024

Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb.
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Macarıstanda yerli "Ferentsvaroş” və İsveç təmsilçisi "Malmö” arasında keçiriləcək V turun matçını idarə edəcək.
Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Noyabrın 28-də Budapeşt şəhərində yerləşən "Ferentsvaroş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.