Xəbər lenti

Əliyar Ağayev Xorvatiya yığmasının oyununa təyinat aldı
İdman 10:57 12.11.2025

Əliyar Ağayev Xorvatiya yığmasının oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev təyinat alıb.

Qaynarinfo-nun məlumatına görə, 38 yaşlı hakim DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Xorvatiya – Farer adaları oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Portuqaliyalı Tiaqo Martins VAR, onun həmyerlisi Bruno Esteves isə AVAR kimi təyinat alıb.

Qeyd edək ki, qarşılaşma noyabrın 14-də Riyeka şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->