
Britaniyanın Derbi şəhər sakini, 12 yaşlı İzzi Uill kiçik yaşlarında əllərindən və ayaqlarından məhrum olub.
Bütün bunlar qızın idmanla məşğul olmasına və uğurlar qazanmasına mane olmayıb.
Məlumata görə, İ.Uill əllərini və ayaqlarını altı yaşında keçirdiyi ürək tutması xəstəliyindən sonra itirib. 2011-ci ildə gənc qız üçün protez hazırlanıb və o, yeriməyi öyrənib.
Daha sonra isə idmanla məşğul olmağa başlayıb. Bu yaxınlarda İzzi Uill ikinci qrup əlil idmançılar arasında keçirilən yarışda qalib olub. (musavat.com)
Qaynarinfo.az