XİN rəhbəri ATƏT-in baş katibi Lamberto Zannier, eləcə də Gürcüstan, Belarus və Qazaxıstan XİN rəhbərlərilə də ikitərəfli görüşlər keçirib
ATƏT-in Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak etmək məqsədilə Ukraynada səfərdə olan nazir Elmar Məmmədyarov bu gün Kiyevdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. ANS PRESS-in Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı atılacaq gələcək addımlar müzakirə olunub.
Elmar Məmmədyarov bu gün həmçinin ATƏT-in baş katibi Lamberto Zannier, eləcə də Gürcüstan, Belarus və Qazaxıstan xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı regional məsələlər, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli yolları, həmçinin ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.