Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasına rəsmi səfərə yola düşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.
Məlumata görə, səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.