Video 12:10 15.08.2022

Əməkdar artist Macarıstanda "Hun-Türk Qurultayı"nda (VİDEO)

Əməkdar artist, muğam ifaçısı Qoçaq Əsgərov Macarıstana səfər edib.

Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Xanəndə bildirib ki, bu səfərində məqsəd Budapeştdə keçirilən "Hun-Türk Qurultayı"nın bağlanış mərasimində iştirak etməkdir:

"Hun-Türk” qurultayı dünyanın ən güclü onlarla qam şamanı ənənəvi rituallarını yerinə yetirir. Bu mərhələ macarların ruhunun dərinliyində milli kimliyini yenidəndərklə yanaşı, dini inancını da bütünləşdirir. Atillanın, Arpadın ruhundan güc alan macarlar həm də öz ruhunu bu böyük sərkərdələrə canlanan yeni tarixləri ilə təkrar ötürməkdədir. Uzun əsirlərdir Karpat hövzəsində özünü yalnız hiss edən macarlar artıq bu tarixi ruhu oyatmaqla, 27 Türk boyundan ilham alır, onlarla bütünləşir”.

Xanəndə sözü gedən tədbirdə Əməkdar artist Nuriyyə Hüseynova və milli rəks qrupunun iştirak etdiiyini vurğulayıb.

Bahar Rüstəmli