Biləcəridə şəkər xəstələri üçün xüsusi aptek açılacaq.
Bu barədə Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Rəhman Rəhmanov deyib.
Aktyor yaxın aylarda aptekin fəaliyyət göstərəcəyini vurğulayıb:
"Mənə məlumat verdilər ki, aptek üçün yer ayrılıb. Hazırda hazırlıq işləri gedir. Yaxın vaxtlarda xəstələr dərmanlarını həmin aptekdən alacaqlar. Biləcəridə 2500 nəfər şəkər xəstəsi var. Mən bu işi tək özümə görə etmədim, mənə ayıb olar. Dedim ki, heç bir şəkər xəstələri əziyyət çəkməsin, hamı dərmanını evinə yaxın aptekdən alsınlar. Əgər mənim dərmanlarımı evimdə versələr, gərək onda 2500 xəstənin hamısının dərmanı evinə getsin. Mən belə şeyə getmərəm".
Xatırladaq ki, Əməkdar artist Rəhman Rəhmanov şəkər xəstəsidir. Bir müddət öncə aktyor səhhəti ilə əlaqədar növbəyə durmamaq üçün dövlətin pulsuz təyin etdiyi dərmanları 80 manata aldığını açıqlamışdı.
Bahar Rüstəmli
Şərhlər