Ağdam Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyev ürəyindən əməliyyat olunub. Bu gün uğurla başa çatan əməliyyatdan sonra ilk açıqlamasını REPORT-a verən Sərvər Əliyev hazırda palataya köçürülüb. Aktyorun ürəyinə 4 stend qoyulub. İndi onun vəziyyəti yaxşıdır.
Onun sözlərinə görə, ürəyinin 4 damarı tutulub: "Ürəyimdə ciddi problem yaranıb. Bir neçə il əvvəl ürəyimə stend qoyulmuşdu. Sonuncu müayinə zamanı məlum oldu ki, hazırda ürəyimin 4 damarı tutulub. Bu səbəbdən əməliyyat olundum. Şəkər xəstəsi olduğumdan, əməliyyat riskli idi. Allaha çox şükür ki, hər şey uğurlu keçdi."
Əməliyyat 1 saylı Şəhər Klinik Xəstəxanasında (keçmiş “Semaşko” adına xəstəxana-red.) baş tutub. O, sabah evə buraxılacaq.
Xatırladaq ki, Sərvər Əliyev 2015-ci ildə əməkdar artist fəxri adını alıb. 2016-cı il mayın 6-da Prezident mükafatına layiq görülüb.
Qaynarinfo.az