Əməkdar artist Elxan Qasımovun səhhəti ağır-stabil olaraq qalır.
Bu barədə Qaynarinfo-ya aktyorun qızı Kəmalə Qasımova məlumat verib.
Onun sözlərinə görə, aparılan müalicələrə baxmayaraq, aktyorun səhhətində heç bir irəlləyiş yoxdur: "Atam reanimasiyadadır, yeganə ümidimiz gözləməyə qalıb. Ümid edirəm ki, atam müalicələrə müsbət cavab verəcək”.
Qeyd edək ki, bir neçə gün öncə Əməkdar artist Elxan Qasımovun səhhəti pisləşib və aktyor Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Həkimlər ona aorta anevrizmasının partlaması-daxili qanaxma diaqnozu qoyub.
Bahar Rüstəmli