Rusiya prezidenti Vladimir Putin Ukraynadakı hərəkətləri ilə NATO-nu "öz qapısına yaxınlaşdırıb”.
Qaynarinfo xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin CNN telekanalına müsahibəsində İsveçin Alyansa daxil olmasını şərh edərkən
deyib.
"Əvvəlcə Putin NATO-nu parçalayıb və bizi ayıra biləcəyini düşündü – NATO əslində böyüdü... Putin NATO-nu öz qapısına yaxınlaşdırdı”, - Ostin bildirib.
"Əminəm ki, Putin çox narahatdır”, o əlavə edib.
Ostin qeyd edib ki, İsveçin NATO-nun 32-ci üzvü olmasına icazə verilməsi qərarının Vilnüs sammitində "bir çox böyük nailiyyətlərdən" biri olub.
"Finlandiya və İsveç kimi ölkələr Alyansa çox şey gətirir, ona görə də biz onların bizimlə olmasından xoşbəxtik”, - o əlavə edib.
Ostin həmçinin CNN-ə bildirib ki, üzv ölkələrin ümumi daxili məhsullarının 2%-ni müdafiə xərclərinə ayırmaq və Ukraynaya özünü müdafiə etməsinə lazım olan sərmayəni vermək üçün "geniş dəstək” var.
Nizami Bağırov