Xəbər lenti

Əmininin ölümü İranı qarışdırdı: Qadınlar hicabı çıxardı, polis atəş açdı (VİDEO)
Video 16:48 18.09.2022

Əmininin ölümü İranı qarışdırdı: Qadınlar hicabı çıxardı, polis atəş açdı (VİDEO)

Polis tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən İran sakini Məhsa Əmininin dəfn mərasimi etirazlarla müşayət olunub. Məlumatlara görə, qadın hicab taxmaq qaydalarına əməl etmədiyi üçün saxlanılıb və daha sonra polis maşınında döyülüb. Sekkez şəhərində keçirilən dəfn mərasimində bəzi qadınlar etiraz olaraq hicablarını çıxarmağa başlayıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

22 yaşlı Məhsə Əmini Tehranda saxlanıldıqdan bir neçə gün sonra cümə günü vəfat edib. 

Əmininin dəfn mərasimi doğulduğu Sekkezdə baş tutub. Sosial şəbəkələrdə yayılan videogörüntülərə görə, yerli sakinlər səhər tezdən toplaşaraq təhlükəsizlik xidməti əməkdaşlarının qızı gizli basdırmasının qarşısını almağa çalışıblar. 

Mərasimə qatılan qadınların bəzilərinin etiraz əlaməti olaraq hicablarını çıxararaq "diktatora ölüm!” şüarları səsləndirdikləri bildirilir.

Sosial şəbəkələrdə yayılan videolarda nümayişçilərin yerli administrasiyanın binasına doğru necə addımladığı görünür. BBC-nin farsdilli xidməti tərəfindən təsdiqlənmiş görüntülərdə təhlükəsizlik qüvvələrinin etirazçılara odlu silahdan atəş açıldığı görünür. Yaralılar və saxlanılanlarla bağlı məlumat var.


Sosial şəbəkələrdə Əmininin məzar daşının fotosu da yerləşdirilib və orada "Sən ölməmisən. Adın döyüş çağırışı olacaq!" yazılıb.
 
Netblocks təşkilatının məlumatına görə, Tehran və Sekkez də daxil olmaqla, İranın bir neçə bölgəsində Əminin ölüm xəbərləri peyda olduqdan sonra internet yoxa çıxıb. Bir çoxları sosial şəbəkələrdən, o cümlədən "Instagram” və "WhatsApp”dan istifadə edə bilmədiklərindən şikayətləniblər.

Nizami Bağırov


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->