Xəbər lenti

Çempionlar Liqasının püşkatması yenidən keçirildi, cütlüklər müəyyənləşdi (YENİLƏNİB)
İdman15:45 13.12.2021

Çempionlar Liqasının püşkatması yenidən keçirildi, cütlüklər müəyyənləşdi (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması təkrarlanıb.
Qaynarinfo xəbər verir ki, buna səbəb püşkatma zamanı texniki səhvə yol verilməsidir.
Belə ki, püşk eyni qrupda mübarizə aparan iki komanda -"Vilyarreal" və "Mançester Yunayted"i üz-üzə qoyub. Səhvini başa düşən mütəxəssislər püşkatmanı yenidən keçirib.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
"Zaltsburq" (Avstriya) - "Bavariya" (Almaniya)
"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə)
"Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland)
"Çelsi" (İngiltərə) - "Lill" (Fransa)
"Atletiko" (Madrid, İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
"Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya)
"İnter" (İtaliya) - "Liverpul" (İngiltərə)
PSJ (Fransa) - "Real Madrid" (İspaniya)
19.40
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Qaynarinfo-nun məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundun cütlükləri müəyyənləşib.
1/8 finalın ilk görüşləri 2022-ci il 15-16 və 22-23 fevralda, cavab qarşılaşmaları 8-9 və 15-16 martda oynanılacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
"Benfika" (Portuqaliya) - "Real Madrid" (İspaniya)
"Vilyarreal" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
"Atletiko" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya)
"Zaltsburq" (Avstriya) - "Liverpul" (İngiltərə)
"İnter" (İtaliya) - "Ayaks" (Niderland)
"Sportinq" (Portuqaliya) - "Yuventus" (İtaliya)
"Çelsi" (İngiltərə) - "Lill" (Fransa)
PSJ (Fransa) - "Mançester Yunayted" (İngiltərə)