Xəbər lenti

Emre Belözoğlunun yeni klubu müəyyənləşdi
İdman 14:40 03.10.2023

Emre Belözoğlunun yeni klubu müəyyənləşdi

Türkiyə millsinin sabiq futbolçusu Emre Belözoğlunun yeni iş yeri müəyyənləşib.
 
Qaynarinfo-nun məluamtına görə, o, "Ankaragücü"nün baş məşqçisi vəzifəsinə təyin olunub. "Sarı-göylülər" Tolunay Kafkasdan sonra boş qalan postu 43 yaşlı Belözoğluna tapşırıldığını açıqlayıb.

Emre məşqçilik karyerasına "Fənərbağça” da başlayıb, daha sonra 2 il "Başakşehir"də çalışıb. Bu mövsüm dördüncü turdan sonra "Başakşehir"dən ayrılan təcrübəli çalışdırıcı, indi "Ankaragücü"nü meydana çıxaracaq.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->