Xəbər lenti

İdman 20:33 02.09.2023

Emreli “Dinamo" ilə bağlı qərarını verdi

Azərbaycan yığmasının hücumçusu Mahir Emreli yay transfer pəncərəsi dövründə Zaqreb "Dinamo"sundan ayrılmayacaq.

26 yaşlı hücumçu Xorvatiya təmsilçisində qalacaq. M.Emreliyə bəzi Avropa ölkələrinin klublarından dəvət olsa da, o, ən azı qışa qədər karyerasını "Dinamo”da davam etdirəcək. Onun adı sentyabrın 4-ü Konfrans Liqası üçün UEFA-ya sifariş olunacaq.

Qeyd edək ki, Emrelinin yay transfer pəncərəsi dönəmində "Dinamo"nu tərk edə biləcəyinə dair gözləntilər vardı. Mahirlə "Lokomotiv”in (Moskva, Rusiya) də yaxından maraqlandığı bildirilirdi.

Qeyd edək ki, Mahir 2022-ci ilin fevral ayında "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb. O, paytaxt klubunda 19 oyunda 6 qol vurub.(qol.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->