"TripAdvisor" saytı dünyanın ən yaxşı aviasiya şirkətlərinin adını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, sərnişinlərin səsverməsinə görə, "Singapore Airlines"ın xidmət səviyyəsi yüksək qiymətləndirilib və dünyanın ən yaxşısı seçilib. Qida, xidmət, rahatlıq, təmizlik, işçilərin xoş münasibətə görə "Qatar Airways" 2-ci sırada qərarlaşıb. İlk 5-likdə "EVA Air", "Emirates" və "Japan Airlines" var.
"Virgin Atlantic" şirkəti Avorpanın ən yaxşısı, "Jet2.com" isə ən yaxşı ucuz aviaşirkət statusunu qazanıb.
Gülşən