Amerika dövlət katibi Entoni Blinken bildirib ki, Rusiya müharibə məqsədlərinə çata bilmir, Ukrayna isə uğur qazanır.
Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir ki, bunu Blinken Kiyevə səfərindən sonra
deyib.
Dünən müharibədən sonra ilk dəfə ABŞ yüksək çinli rəsmiləri Ukraynaya səfərə gəliblər. Kiyevdə Zelenski ilə görüşən rəsmilər Amerikanın Ukraynaya yeni hərbi yardımını elan ediblər.
Onlar Amerikanın Ukraynaya 300 milyon dollar maliyə yardımı göstərəcəyini, 165 milyon dollarlıq isə silah-sursat tədarükünün təsdiqləndiyini bildiriblər.
Bununla da Amerikanın Ukraynaya ümumi yardımı 3.7 milyard dollara çatıb.
ABŞ dövlət katibi Blinken Ukraynanın uğura yaxın olduğunu bildirib.
"Ukraynalılar ayaqdadır. Onlar möhkəm dayanıblar. Onlar bunu bizim, demək olar, bütün dunyadan kordinasiya etdiyimiz yardımla edirlər. Bizim 30-dan çox ölkənin də iştirakı ilə Ukraynaya kütləvi dəstək, Rusiyaya maksimum təzyiq strategiyamız öz nəticəsini verir. Görürük ki, Rusiyanın müharibə məqsədləri uğursuzluğa duçar olur, Ukrayna isə uğur qazanır”, - deyə Blinken bildirib.
ABŞ müdafiə naziri isə yeni hərbi yardımların Ukraynaya Donbas regionunda döyüşməyə imkan verəcəyini bildirib.
Müdafiə naziri Austin deyib ki, Zelenski qalib gəlmək istəyindədir, biz isə onlara qalib gəlmək üçün kömək etmək istəyindəyik.
Nurlan Hüseynov