
Nigeriyada kişi azlığından şikayət edən qadınlar etiraz aksiyası keçiriblər.
Qaynar.info xəbər verir ki, Zamafara Dullar Dərnəyi Qusau şəhərində dul qadınlar üçün böhrana çevrilən kişi məsələsinə etiraz etmək üçün hökumət binasına tərəf yürüş keçirib.
Yürüşün hökumətin diqqətini çəkmək məqsədilə edildiyi bildirilib. Aksiyalardan sonra Dərnəyin rəhbəri Suveybe İsa 8 min qadının ər tapmaq üçün onlara müraciət etdiyini söyləyib.
Qaynar.info