Xəbər lenti

Ər toydan 2 saat sonra boşandı - Görünməmiş olay
Dünya19:59 26.10.2016

Ər toydan 2 saat sonra boşandı - Görünməmiş olay

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səudiyyə Ərəbistanında cütlük toydan iki saat sonra sosial şəbəkələrdə yayılmış fotolara görə boşanıb.

Moderator.az-ın məlumatına görə, bu barədə bu gün "The Independent" nəşri yazıb.

Məlumata əsasən, ər həyat yoldaşının “Snapchat” şəbəkəsində bir neçə fotosunu paylaşdıqdan sonra boşanmaq qərarı verib. Gənc qadın rəfiqəsinə toy mərasimindən bir neçə foto göndərib. Nikah müqaviləsində isə qadının “Snapchat”, “Instagram” və “Twitter” kimi sosial şəbəkələrdən istifadə etməyəcəyinə dair xüsusi bənd olub.

Səudiyyə Ərəbistanının qanunlarına əsasən, kişilər heç bir səbəb olmadan belə birtərəfli qaydada boşana bilərlər. Qadınlar isə boşanma ərizəsi verməzdən əvvəl ərlərinin və məhkəmənin razılığını almalıdırlar.

Qaynarinfo.Az