Xəbər lenti

Ərdoğan 10 naziri istefaya göndərir
Dünya13:45 18.12.2013

Ərdoğan 10 naziri istefaya göndərir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Nazirlər Kabinetində dəyişiklik aparacağı gözlənilir.

Qaynar.info
xəbər verir ki, dünən baş verən rüşvət və korrupsiya əməliyyatında adları hallanan nazirlərin də gedəcəyi bildirilir.

Türk mətbuatının yaydığı məlumata görə, Ərdoğanın siyahısında istefaya göndəriləcək və yerləri dəyişdiriləcək 10 nazir var.

Dəyişikliklərin Türkiyə Böyük Millət Məclisinin 2014-cü il Büdcə layihəsinin qəbulundan sonra baş verəcəyi bildirilir.

İddialara görə, Ərdoğan sabah Çankaya köşkündə prezident Abdullah Güllə keçirəcəyi görüşdə kabinet dəyişikliyi və korrupsiya əməliyyatı ilə bağlı müzakirə aparacaq və siyahı da həmin vaxt təqdim olunacaq.

Dəyişikliklər isə həftənin sonunda açıqlanacaq.

Qaynar.info