Xəbər lenti

Ərdoğan ABŞ-da tıxaca düşdü - Polislər yolu səhv bağladı
Dünya05:40 31.03.2016

Ərdoğan ABŞ-da tıxaca düşdü - Polislər yolu səhv bağladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-da olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tıxaca düşüb.

Ans press-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, polisə yolu bağlamaq təlimatı verilib.

Lakin polis səhvən prezident Ərdoğanın keçəcəyi yolu bağlayıb. Prezidentin karvanı bu zaman türk və amerikalı iş adamları ilə nahara gedib. Amerika polisinin yolu səhv bağlaması nəticəsində dövlət başçısının maşın karvanı bir müddət tıxacda qalmalı olub.

Yanlışlığın fərqinə varan polislər yolu yenidən açıblar. Ərdoğanın maşını yanlız bundan sonra yoluna davam edə bilib.

Xatırladaq ki, sammitdə iştirak etmək üçün iki gün öncə ABŞ-a səfər edən Ərdoğan ötən gün dövlət katibi Con Kerri ilə görüşüb. Görüşdə Suriya və İraq, eləcə də terror məsələləri müzakirə edilib.

Qaynar.info