
Prezident Ərdoğan 25 Noyabr Beynəlxalq Qadınlara Şiddətə Qarşı Mübarizə Günüylə bağlı sosial media hesabında mesaj paylaşıb.
Qaynarinfo xəbər verir ki, prezident mesajında qadınlara qarşı zorakılığı pisləyib.
O yazıb:
"Qadınlara qarşı zorakılıq insanlığa qarşı ən böyük cinayətlərdən biridir. Qadınlara qarşı zorakılıq, istismar, təcavüz və ayrıseçkiliklə mübarizəyə davam edəcəyik. İnşallah bu rüsvaylığı yurdumuzdan tamamilə siləcəyik”.